Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirib.
Bu barədə Kremlin saytında məlumat yayılıb.
Görüşdə qonşu ölkələr və Rusiyanın müttəfiqləri ilə diplomatik münasibətlərin inkişafı, o cümlədən uzaq xaricdəki ölkələrlə münasibətlərdə Rusiyanın maraqlarının təmin edilməsi məsələləri müzakirə edilib.
İclasda Mixail Mişustin, Valentina Matvienko, Vyaçeslav Volodin, Dmitri Medvedev və başqaları iştirak ediblər.