“May ayının sonunda Cənab Prezident İlham Əliyevlə Şuşaya getmişdim. Şuşada Cənab Prezident qısa şəkildə cari gərginliklə bağlı da məlumat verdi”.
Bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət sülhün baş tutmasına çalışmalıdır: “Mən əminəm ki, mənim ölkəm, eləcə də digərləri də daxil olmaqla iki ölkə arasında hansısa gərginliyin olmaması üçün sülhün baş tutmasına nail olmalıdır”.