XƏBƏRLENTİ

xeberlenti.com

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
 Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Komitənin “qaynar xətti”nə Toronto Azərbaycan Evindən məlumat daxil olub.
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Xatırladaq ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına da boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.
Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.
Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib.
Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.

About Author