Platformanın sahibi Elon Musk platformada saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş olduğunu düşündüyünü söyləyib.
Sosial media platforması Twitter-i satın aldıqdan sonra etdiyi ardıcıl dəyişikliklər. Bir müddət əvvəl adını X olaraq dəyişən milyarder sahibkar İlon Mask yenilikləri ilə tənqid hədəfinə çevrilir. Buna baxmayaraq, o, indi platformanı ödənişli edə biləcəyini açıqlayıb: “Bizim kiçik aylıq ödəniş etməyimizin tək bir səbəbi var və bu, bot ilə mübarizə aparmaq üçün düşünə biləcəyim yeganə yoldur”. Çünki bir bo təxminən 10 dollara başa gəlir. İnsanlar bir neçə dollar kimi kiçik məbləğlər ödəsələr, bot hesabları əldə etmək çox asanlaşacaq. Mask platformanın ödənişli olmasının yeganə səbəbinin botlardan, yəni real insana aid olmayan hesablardan xilas olmaq olduğunu qeyd edib.