22-24 sentyabr Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli şəkildə təşkili baş tutdu.
Çempionatda millət vəkilləri, şəhid ailələri, qazilər və Gənclər və İdman Nazirliyinin əməkdaşları da iştirak edirdilər.
Açılışı çıxış nitqi ilə başlayan millət vəkili Adil Əliyev ölkəmizin ordu quruculuğundan, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edərək rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs etdi.
Eləcə də, aparılmış lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat verərək, 24 saatdan da az vaxda separatçıların bütün silahlarının sıradan çıxarılmasını və təslim olmağa məcbur edilməsini qeyd etdi. O həmçinin məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını düşünmədən qurban vermiş şəhidlərimizə qələbəmizin memarları olan qəhrəmanlarımıza, Vətən yolunda canlarını düşünmədən qurban verərək, bizə tarixi qələbə bəxş edənlərə borclu olduğumuzu vurğuladı.
24 sentyabrda başa catan yekun final yarışının qalibi isə lou kik üzrə (low kick)
91 + kq çəki dərəcəsində Astanov Xəyal Fərahim oğlu oldu.
2 döyüş keçərək finala yüksələn Xəyal 3- cü final döyüşündə İran təmsilçisini ilk raunddan məğlub edərək qızıl medala layiq görüldü.
Qeyd edək ki, Astanov Xəyal bundan əlavə Prezident kuboku və Respublika Kubokunun qalibidir. 2 qat Respublika çempionudur.
Qeyd edək ki , Astanov Xəyal Fərahim oğlu Paralimpiya çempionu Elvin Astanovun qardaşı oğludur.