XƏBƏRLENTİ

xeberlenti.com

Yazgül Abdıyeva mediaya ÇAĞIRIŞ ETDİ

Xeberlenti.com xəbər verir ki,“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva  sosial şəbəkədəki hesabından mediaya çağırış edib. Millət vəkili Qənirə Paşayevanın müalicəsinin davam etdiyini bildirən Yazgül Abdıyeva, medianı əsassız, mənbəyi məlum olmayan informasiyalar yaymamağa səsləyib:
“Xahiş edirəm, mənbəyi olmayan yalan məlumatlar yayılmasın !!!
Hörmətli həmkarlar, bildiyiniz kimi Qənirə Paşayevanın müalicəsi davam edir. Son olaraq vəziyyəti ilə bağlı hörmətli prof.Kamran Musayev açıqlama verib. İlk gündən səhhəti ilə bağlı yüksək səviyyədə peşəkar mütəxəsislər tərəfindən müalicə həyata keçirilir, dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.
Qeyd edim ki, mən ilk gündən etibarən mütamadi olaraq xəstəxanada olmuşam. Buna istinadən bildirirəm ki, hazırda Qənirə xanımın müalicəsi davam edir.
Çox təəssüflər olsun ki, bəzi saytlar tərəfindən mənbəyi olmadan səhv informasiya yayılıb.
Unutmayaq ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Belə yanlış informasiyalar təəssüf hissi doğurur.
Dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı ciddi tədbirlər görülməlidir.
Bir daha Allah ona şəfa versin. Dualarımızı əksik etməyək”.

About Author