Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Avstriya Futbol Federasiyasının yaydığı məlumata görə, baş məşqçi Ralf Ranqnik 28 futbolçuya dəvət göndərib.
Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, 14-ü yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Patrik Pents (“Bröndbu”, Danimarka), Aleksander Şlager (“Zaltsburq”).
Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Samson Baydu (“Zaltsburq”), Flavius Danilyuk (“Salernitana”, İtaliya), Kevin Dansa (“Lans”, Fransa), Filip Lienhart (“Frayburq”, Almaniya), Ştefan Poş (“Bolonya”, İtaliya), Gernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Borussiya” Münhenqladbax, Almaniya).
Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leypziq”, Almaniya), Məhəmməd Çam (“Klermont”, Fransa), Florian Qrilliç (“Hoffenhaym”, Almaniya), Marko Qrull, Mattias Seidl (hər ikisi “Rapid”, Vyana), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Bavariya”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmid (“Verder”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya).
Hücumçular: Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria (“Şturm”).
Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan üç gün sonra Azərbaycan millisinin qonağı olacaq.