Layihə çərçivəsində səfərlərdə iştirak edən memarlıq, hüquq, diplomatiya və jurnalistika ixtisasları üzrə təhsil alan yerli və xarici tələbələrin layihənin gedişatında göstərdiyi fəaliyyətin hesabatı təqdim olunub. Sadalanan ixtisaslarda təhsil alan tələbələrin hazırladığı təkliflər mükafatlandırılıb. Belə ki, tələbələrə layihənin gedişatında hazırladıqları beynəlxalq məhkəmələrə ünvanlanacaq “ən yaxşı müraciət”, Qarabağın beynəlxalq münasibətlərdəki əhəmiyyətinə dair “ən yaxşı hal araşdırması”, kütləvi informasiya vasitələrində Şuşa ilə bağlı həqiqətlərə dair məzmun paylaşılması istiqamətində “ən yaxşı məqalə”, Şuşanın, eləcə də işğaldan azad olunmuş ərazilərdə infrastukturun bərpasında memar yanaşmasına dair “ən yaxşı layihə” nominasiyalarında mükafatlar təqdim olunub. Layihədə iştirak edən əcnəbi gənclər də öz təəssüratları haqqında sosial media platformalarındakı paylaşımlarına görə mükafatlandırılıblar.