XƏBƏRLENTİ

xeberlenti.com

Sahibə Qafarova: Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlığın ən bariz nümunəsidir

Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi siyasi riyakarlığın ən bariz nümunəsidir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 6-da keçirilən iclasında Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqeyinə münasibət bildirərkən deyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa Parlamenti Azərbaycanın Qələbəsi ilə barışa bilmədiyini dəfələrlə nümayiş etdirib. Azərbaycana qarşı etnik təmizləmə ilə bağlı qətnamənin qəbul edilməsi də bunlardan biridir.

Qətnamənin kağız parçasından başqa bir şey olmadığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan öz mövqeyində qərarlıdır, heç kəsin təzyiqi və hər hansı sənəd ölkəmizi yolundan döndərə bilməz.

About Author