XƏBƏRLENTİ

xeberlenti.com

Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda sürət həddi məsələsinə aydınlıq gətirilib. Qayda pozuntusuna görə cərimə qaçılmazdır

“Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub”, – deyə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib.

İnzibati Xətalar Məcəlləsinə görə, hərəkət sürətini 41-60 km/saat həddində aşmaq 200 manat, 61 km/saat və daha artıq aşmaq isə 300 manat cərimə ilə cəzalandırılır.

About Author