Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.
Xeberlenti.com xəbər verir ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Astanada keçiriləcək X Zirvə görüşündə iştirak edəcək.
Səfərdə Prezident Ərdoğanı enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, TDT-nin Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun müşayiət edirlər.