Yunanıstanda zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Sterea Ellada, Boeotia yaşayış məntəqəsində baş verən yeraltı təkan Rixter şkalası üzrə 5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.