İsrailin Qəzzaya hücumları davam edir. Oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya hücumları nəticəsində 4800-ü uşaq və 2550-si qadın olmaqla 9770 fələstinli həlak olub, ən azı 24 min insan isə yaralanıb. İsrail Qəzzanı, o cümlədən məktəbləri, xəstəxanaları və evləri bombalayır.
HƏMAS İsrailin Qəzza zolağındakı xəstəxanaların “gizlənilmə yeri” kimi istifadə edildiyi və onların altında “tunellər qazıldığı” iddialarını rədd edib və BMT Baş katibi Quterreşi bu iddiaları araşdırmaq üçün beynəlxalq komitə yaratmağa çağırıb.
HƏMAS İsrailin Qəzza zolağındakı xəstəxanalarla bağlı iddialarına yazılı açıqlama yayıb. Açıqlamada İsrail ordusu sözçüsünün mətbuat konfransında iddia etdiklərinin həqiqətə uyğun olmadığı bildirib. BMT-nin baş katibi Quterreşə edilən bəyanatda Qəzza zolağındakı xəstəxanalara baş çəkərək, İsrailin bu yerlərin gizlənmə yeri kimi istifadə edilməsinə dair “yalan xəbərlərini” araşdırmaq üçün beynəlxalq komitə yaradılmasını tələb edib.