XƏBƏRLENTİ

xeberlenti.com

Qəzzadan təxliyə edilən britaniyalıların Misiri tərk etmək üçün üç günü var

Qəzzanı tərk edən britaniyalıların və digər xarici vətəndaşların Misirdə yalnız 72 saat – üç gün vaxtları var. Cümə günü yüzlərlə xarici vətəndaş Qəzzadan Misirə Rafah keçidi vasitəsilə təxliyə edilib. Bundan sonra sərhəd bütün həftəsonu bağlanıb. Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bildirib ki: “Biz bölgədəki Britaniya vətəndaşlarına ən son məlumatları çatdırmaq üçün onlarla əlaqə saxlayırıq.”
Həmçinin o qeyd edib ki: “Beynəlxalq tərəfdaşlarımızla koordinasiyalı şəkildə keçidin yenidən açılması üçün bütün diplomatik kanallardan istifadə edirik”.

About Author