XƏBƏRLENTİ

xeberlenti.com

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi

“Türk dili dünyanın VII dili kimi qəbul olunmalıdır.” Bu fikir noyabrın 10-u 2023-cü il saat 15-00-da Bakı şəhərində ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN  TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfransda səsləndirilmişdir. Konfrans çərçivəsində  “BÖYÜK QAYIDIŞA GEDƏN YOL: BAKI-TBİLİSİ- CEYHAN” adlı elmi əsərin təqdimat mərasimi və musiqili ədəbi-bədii gecə keçirilmişdir. R. Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan və Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Türkdilli Dövlətləri nümayəndələrini bir araya gətirən tədbirə Türkdilli Dövlətlərin, ölkəmizin elm, ictimai və mədəniyyət xadimləri, beynəlxalq diaspora və ictimaiyyat nümayəndələri qatılmışdır.

Əvvəlcə tədbir iştirakçıları və qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın, Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini  Şəhidlər Xiyabanında yad etmiş, onların xatirəsinə əklil qoymuşlar. Daha sonra konfransın gündəliyinə uyğun olaraq Zəfər Gününün şərəfinə qonaqlar Bakı şəhərinin  gəzintisinə çıxmışlar.

Sonra  R. Behbudov adına Dövlət Mahnı Teatrında beynəlxalq konfrans öz işinə başlamışdır. Tədbirin ilk hissəsinə uyğun olaraq “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” mövzusunda konfransa qatılmış çoxsaylı xarici qonaqlar, ölkəmizin elm, dövlət və ictimai xadimlərinin geniş məruzə və çıxışları dinlənilmişdir. Konfransda çıxış edən Akademik Nizami Cəfərov konfransın beynəlxalq əhəmiyyətindən danışmış Türk Dünyasının inteqrasiyası yolunda elmi-mədəni əlaqələrin rolunu təhlil etmişdir.  Ulu Öndər Heydər  Əliyevin Türk  Dünyası ilə əlaqələrin formalaşdırılması yolundakı müdrik fəaliyyətinin istiqmətlərinə nəzər salmışdır. Konfransda  digər natiqlər- keçmiş ədliyyə polkovniki İlham Məmmədov, millət vəkili Ceyhun Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri Sənan Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent İlham  Həsənov, Turan Birləşik Konfederasiyasının həmsədri Məmmədəli Ağamalıyev, Zəngəzur TV-nin aparıcısı Türkanə Səfərova, xarici qonaqlar və diplomatlar habelə diaspor nümayəndələri çıxış edərək  Türk Dövlətlərinin birliyi istiqamətində Türk Dövlətlərinin dahi şəxsiyyətlərinin fəaliyyətlərinin gələcək nəsillərə tövhəsi. ( M. K. Atatürk, Ulu Öndər Heydər Əliyev, Ziya Göyalp, Rauf Dektaş, Oljas Süleymanov, Çingiz Aytmatov, Nursultan Nazarbayev, Mintimay Şaymiyev və başqaları), qiymətləndirilmişdir. Çıxış edən natiqlər qloballaşan dünyada gedən geosiyasi proseslərdə Türk Dövlətləri liderlərinin Türk Birliyinin yaradılmasındakı fəaliyyət istiqmətləri, Türk Dövlətlərindən kənarda məskunlaşan milyonlarla türksoylu vətəndaşların türk birliyinə inteqrasiya olunmasında görülən işlərin perspektivləri kimi aktual məsələlərə toxunmuş, beynəlxalq konfransın iştirakçıları adından türk dilinin dünya dilləri sırasında BMT-nin 7-ci dili kimi qəbul edilməsinə dair Bəyənatın qəbul edilməsi kimi mövqedən çıxış etmişlər.

Sonra tədbirin gündəliyinə uyğun olaraq konfrans çərçivəsində ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “BÖYÜK QAYIDIŞA GEDƏN YOL: BAKI-TBİLİSİ- CEYHAN” adlı elmi kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində ilk olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli” elan edilməsinə dair Sərəncamı iştirakçıların diqqətinə çatdırıldı. Ölkəmizdə bu istiqmətdə həyata keçirilən tədbirlərin və Ulu Öndərin Azərbaycan və Türk Dünyası qarşısındakı xidmətlərinə dair görülən işlər şərh edildi. ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “BÖYÜK QAYIDIŞA GEDƏN YOL: BAKI-TBİLİSİ- CEYHAN” adlı elmi kitabın bu cahaşümül fəaliyyətin mühüm bir hissəsinin elmi tərəflərinin araşdırılması kimi zərurətdən işıq üzü gördüyü əsaslandırıldı. Çıxış edən Akademik Nizami Cəfərov, siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Sənan Həsənov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mərdan  Hüseynov, filologiya elmləri doktoru, professor Zahid Xəlil, tərcüməçi publisist Vaqif  Rəsul, xarici qonaqlar və mütəxəssislər bildirmişlər ki,  rus, ingilis və Azərbaycan dillərində nəşr edilmiş əsər  Bakı –Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması ilə Azərbaycanın Vətən müharibəsindəki  Qələbəsinə gedən yolu  bir-birinə bağlayan  amilləri elmi analitik təhlilə cəlb edən ilk fundamental əsərdir. Natiqlər göstərdi ki,  regionun və qitənin siyasi mənzərəsinə əhəmiyyətli təsir edən, Ulu Öndər Heydər Əliyevin uzagörənliyinin və müdrikliyinin nəticəsində reallaşan həmin beynəlxalq  layihə həm türkdilli dövlətlər üçün, həm də regionda əməkdaşlıq üçün mühüm bir strategiya, körpü rolunu oynadı. O Qələbəmizin və Böyük Qayıdışın əsasında duran mühüm amildir. Bu gün Türkdilli Dövlətlərin birliyinin zamanın tələbi olması da məhz bu müdrik addımlardan yenilməz güc almışdır. Kitabın bu istiqamətdə əsl tarixin mahiyyətinin üzə çıxarılması kimi mühüm əhəmiyyəti yekdilliklə vurğulandı. Konfransın sonunda bəyanat qəbul edilmiş, BMT göndərilməsi planlaşdırılıb.

Beynəlxalq konfrans Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən musiqili ədəbi-bədii gecə ilə davam etdirilmiş, Ulu Öndər Heydər Əliyevin 100 illiyi şərəfinə iştirakçılar üçün ziyafət təşkil olunmuşdur.

Müəllif:Türkanə Səfərova

About Author