XƏBƏRLENTİ

xeberlenti.com

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi hakimiyyətinin sütunudur

İllərin və zamanın sınağından üzüağ və ləyaqətlə çıxmış, Ulu öndər Heydər Əliyev siyasi irsinə öz sadiqliyini bu gündə qoruyub saxlayan Yeni Azərbaycan Partiyası bir etalona çevrilmişdir.
90-cı illərin əvvələrində dərinləşən ictimai-siyasi və sosial-iqtisadi problemlər Azərbaycanda yeni hərəkatın və yeni siyasi qüvvələrin bir arada toplaşmasına şərait yaratdı. Ölkədə baş verən xaos və anarxiya dövlətçiliyə təhlükə törətməkdə davam edirdi. Bu prosesləri yaxından izləyən Azərbaycanın bir qrup ziyalısı bu çətin vəziyyətdən çıxmaq, dərinləşən siyasi böhranı dəf etmək üçün 91 nəfər ziyalının imzası ilə Ulu öndər Heydər Əliyevə müraciət olundu. Azərbaycanın ən yeni tarixinə “91-lər”-in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzusu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu öndərə müraciət edən məşhur “91-lər” in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycxanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, 21 noyabr 1992- ci il tarixində ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Tarixi qərarla təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında partiyanın nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın siyasi şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevirməyi bacardı. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zaman kəsiyində inkişaf etdirdi, özünün dediyi kimi”dünənin, bu günün və sabahın” partiyası səviyyəsinə yüksəltdi. Ulu öndər Heydər Əliyevin yaratdığı və bizlərə miras qoyduğu bu partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Heydər Əliyev ideyalarına daima sadiq olan partiya milli məfkurənin əsasını təşkil edən dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərini özünün həyat devizinə çevirmişdir.
Ulu öndər Heydər Əliyev dühasının haqqa qovuşmasından sonra partiya qarşısında duran əsas məsələ yeni sədrin seçilməsi və ulu öndər siyasi kursunun davam etdirilməsi məsələsi idi. Bu məqsədlə, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi. Prezident İlham Əliyevin partiyaya rəhbər seçilməsindən sonra, partiya qarşısında ən ümdə məsələ, Heydər Əliyev ideallarının yaşaması, gerçəkləşməsi və həyata keçirilməsi məsələsi idi. Eyni zamanda, YAP İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirməyə nail oldu. Prezident İlham Əliyev YAP-ı ümumxalq partiyasına çevirməyi bacardı. Prezident İlham Əliyevin rəhbərliyi dönəmində YAP-ın yeni in kişaf mərhələsi başladı. 5 mart 2021- ci il tarixində keçirilmiş partiyanın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkidə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Beləliklə, partiya siyasi təşkilat olaraq bu gün ətrafında 720830 nəfəri birləşdirir.
Ulu öndər Heydər Əliyev siyasi kursuna və onun ideyalarının həyata keçirilməsinə Prezident İlham Əliyev qədər çalışan, ölkəmizin inkişafı, çiçəklənməsi , tərəqqisi, Azərbaycan mədəniyyətinin və qeyri- maddi və mənəvi irsin dünyada tanıdılması işində misilsiz xidmət göstərən Mehriban Xanım Əliyeva böyük etimada layiq görülərək partiya sədrinin birinci müavini təyin edildi. Eyni zamanda, cəmiyyətdə və dövlət qulluğu sahəsində müsbət reputasiya qazanmış, dürüst, vicdanlı, işgüzar və ən əsası Heydər Əliyev ideallarına sadiq olan Tahir Budaqovun YAP sədrinin müavini-mərkəzi aparatın rəhbəri təyin edilməsi ən uğurlu seçim oldu. Yeni formalaşan komanda partiyanın inkişafı, tərəqqisi naminə bir sıra nailiyyətlərə imza atdı. Beləliklə, partiya qarşısına siyasi dəyərlər və prinsiplərə əsaslanan 10 strateji istiqamət müəyyən etdi.
Heydər Əliyev yolu
Müstəqillik
Azərbaycançılıq
Dövlətçilik
Qanunun aliliyi
Varislik və təkamül
Konstruktiv əməkdaşlıq və dialoq
Sosial ədalət və insan amili
Multikultural cəmiyyət
Demokratik ənənələrin inkişafı

Bütün müasir tendensiyaları və regionda yaranmış “yeni reallığı” nəzərə alan yeni Proqram YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr iclasında təsdiq edilmişdir.
Prezident İlham Əliyevin təbirincə desək ” YAP –Cənubi Qafqazın ən böyük və ən nüfuzlu partiyasıdır”.
Həqiqətən də bu belədir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi və YAP siyasi təsisatının hakimiyyəti dövründə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xalqımıza Zəfər sevincini yaşatdı. Uzun illər düşmən tapdağında qalan Vətən torpağı işğaldan azad edildi. Prezident İlham Əliyev isə tarixdə Müzəffər sərkərdə kimi qalmağı bacardı. Bu, qələbə Prezident İlham Əliyevin və xalqımızın qələbəsi oldu.
Tanrı Azərbaycanımızı və Müzəffər Ali Baş Komandanımızı qorusun!

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

About Author