XƏBƏRLENTİ

xeberlenti.com

Tortun üstündəki təhlükələr

Uşaqlar üçün ən vacib anlardan biri olan ad günləri ilə bağlı mütəxəssislərdən diqqətçəkən xəbərdarlıq gəldi. Tortun üzərindəki qığılcımlar uşaqların tənəffüs yollarına və həyati orqanlarına, xüsusən də gözlərinə zərər verə bilər. Təmas halında dərhal açıq havaya çıxmaq lazımdır.

Doğum günləri hər bir uşaq üçün çox özəldir. Ailələr həmin günə hazırlıqları həftələr öncədən planlaşdırır, qonaqların siyahısı tərtib edilir. Bu günün ən vacib detallarından biri də tortlardır. Ailələrin tortlara qoyduğu bəzəklər gözəl görünsə də, bir çox təhlükələri ehtiva edir. Mütəxəssislər bildirirlər ki, uşaqların xüsusilə bayram günlərində aldığı qığılcımlar partlayanda uşaqların gözlərinə zərər verə bilər.

 

About Author