Bu barədə Xeberlenti.com -a Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib.
Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.
Qeyd edək ki, konfrans təşkilat komitəsinin sədrit.e.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva,t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyevadır.
Konfransı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov giriş sözü ilə saat 09:00-da açıq elan edəcək. Konfransın təşkilat komitəsinin sədri t.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Polad Məhərrəmov, t.ü.f.d. Lalə Axundova,t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Aişə Şahmalıyeva,t.e.d. dos. Tural Qəlbinur, dr. Emin Əlihüseynli,t.ü.f.d. Natavan Əliyeva, dr. Nigar Şahbazova,dr. Anar Rəhimov, dr. Nurana Nuriyevanınmoderatorluğu ilə həyata keçiriləcək.
Konfransda “Mərkəzi seroz xorioretinopatiyaların müalicəsində müasir yanaşma”, “Sarkoidoza bağlı uveit”, “Şəkərli diabet zamanı uveitin kliniki-immunoloji xüsusiyyətləri”, “Diabetik makula ödeminin müalicəsində proqnostik faktorlar”, “Görmə siniri patologiyalarının diaqnostikasında VEP müayinəsinin rolu” kimi məsələlər müzakirə ediləcək.
Konfrans 16 dekabr, saat: 09:00,Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15
ƏLAQƏ: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. email: oftalmoloqlarcemiyyeti@gmail.com