Xeberlenti.com xəbər verir ki, bunu XİN rəhbərinin müavini Elnur Məmmədov Kolumbiyanın “NTN24” telekanalına müsahibəsində bildirib.
“Ermənistanı müdafiə və hücum silahları ilə təmin edən Fransanın hərəkətləri Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmir. Biz Fransanı destruktiv addımlardan çəkinməyə və Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırırıq”, – deyə nazir müavini qeyd edib.