XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Xeberlenti.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5 faizdən 8.0 faizə, faiz dəhlizinin aşağı həddi 7.0 faizdən 6.5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.5 faizdən 9.0 faizə endirilib.

Mərkəzi Bankdan bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.

About Author