XƏBƏRLENTİ

xeberlenti.com

Səfirlik Türkmənistandakı Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Türkmənistandakı səfirliyi bu ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edib.
Xeberlenti.com “Report”a istinadən xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkilərində iştirak eədəcək Türkmənistanda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: 48-20-44
Elektron poçt: ashgabat@mission.mfa.gov.az
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı və ata adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

About Author