Nigeriyanın Plato ştatının bir neçə kəndində silahlı qruplaşmaların hücumu nəticəsində ölənlərin sayı 113-ə çatıb.
Xatırladaq ki, daha öncə 16 nəfərin öldürüldüyü açıqlanmışdı. Nigeriya ordusunun nümayəndəsinin sözlərinə görə, insident şənbədən bazara keçən gecə Platonun Muşu kəndində olub.
Qeyd edək ki, may ayından bəri sözügedən ştatda icmalar arasında toqquşmalar baş verir. Həmin qarşıdurmalar indiyədək azı 160 nəfərin ölümü ilə sonuclanıb, 3 mindən çox insan evlərindən didərgin salınıb.