İsrail ordusu Qəzza zolağında Əl-Rantisi” xəstəxanası ərazisində “HƏMAS” a məxsus üç tunel şaxtasının aşkar edilərək məhv edib.
Xeberlenti.com xəbər verir ki, barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, on metrlərlə dərinlikdə olan tunel şaxtaları xəstəxananın altından keçən və Qəzza şəhərinin mərkəzinə aparan yeraltı tunel şəbəkəsi ilə birləşdirilib.
“Tunellər həmçinin Qəzza zolağının şimalında hərbi əməliyyatlar və terror hücumları üçün komanda qərargahı kimi xidmət göstərirdi”, – deyə məlumatda qeyd olunub.