Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə bu ölkənin Ukraynaya dəstəyinin davam edib-etməməsi barədə danışıb.
APA xəbər verir ki, XİN rəhbəri bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zaman danışıb.
Dmitri Kuleba vurğulayıb ki, vacib olan bu seçkidən sonra ABŞ-də partiyalararası müzakirələrin, bölünmələrin başlamaması və ölkənin siyasi resurslarının sadəcə daxili məsələlərə yönəlməməsidir:
“Çünki Amerika qlobal sabitlik üçün vacib gücdür və bu ölkə qlobal məsələlərə fokuslanmalıdır. Ukrayna da bu qlobal məsələlərdən biridir”.
O xatırladıb ki, Prezident Zelenski və Trampın daha əvvəl təması olub.
“Bizə kiçik silahları – “Javelin”ləri satan da Tramp administrasiyası idi, bu administrasiya Krım Bəyannaməsini qəbul etmişdi. Biz Amerika xalqının seçiminə hörmət etməliyik. Biz həll yolları tapmağa çalışacağıq, çünki bizim başqa yolumuz yoxdur”,- Kuleba əlavə edib.