Xeberlenti.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır? Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir”, – icmanın bəyanatında bildirilib.