XƏBƏRLENTİ

xeberlenti.com

“Mina xəritələri ilə bağlı Ermənistana təzyiq edilməlidir” – XİN

“Ermənistanın ayrı-seçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”.

Xeberlenti.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşləri Nazirliyi “X” sosial şəbəkəsində paylaşıb.

Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb.

Həmçinin bildirilib ki, hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın.

About Author