Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Olimpiya komitəsinin, Azərbaycan Milli Olimpiya komitəsinin “Ədalətli” oyunlar komissiyasının, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (Təbib), Milli Hemotilogiya və Transfizialogiya Mərkəzinin Mərkəzi Qan Bankı bölməsinin və Talassemiya bölməsinin rəsmi tərəfdaşlığı, eləcədə Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə donorlarla irsi qan xəstəliyindən əziyyət çəkən insanların, habelə İnclusivliyi olan şəxslərin görüşünü özündə ehtiva edən “Mənim Qəhrəmanım” adlı konsert proqramı təşkil olundu.
Konsert proqramı şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra dövlət himni ilə başlamış oldu.
Daha sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul çıxış edərək tədbirin rəsmi hissəsinin açılışını etdi. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, Milli Olimpiya komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin “Ədalətli” oyunlar komissiyasının sədri Xəzər İsayev, Milli Məclisin deputatı Jalə xanım Əhmədova, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə xanım Xələfova çıxış edərək tədbirin əhəmiyyəti və mahiyyəti haqqında geniş fikir bildiriblər.
Rəsmi hissə bitdikdən sonra bədii hissə olaraq Azərbaycan Respublikanın xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, əməkdar artistlər Gülüstan Əliyeva, Ədalət Şükürov və Muğam televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov, həmçinin gənc müğənni Xalq ulduzu televiziya müsabiqəsinin laureatı Anar Nəbiyev eləcədə İnclusivliyi olan gənc müğənnilər Aysel Əlizadə, Rəvanə Ağamirova və Arzu Mirzəyeva geniş konsert proqramı ilə çıxış etdilər.
Azərbaycan Qan Donorlğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilir.
Türkan Səfərova