XƏBƏRLENTİ

xeberlenti.com

“Qətiyyən Rusiyaya getməyin” – Almaniya XİN vətəndaşlara müraciət etdi

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfər etməməyi şiddətlə tövsiyə edir.

Xarici KİV-lər  xəbər verir ki, belə bir xəbərdarlıq nazirliyin saytında dərc olunub.

Nazirliyin xəbərdarlığında deyilir: “Rusiya Federasiyasına səyahət qətiyyən tövsiyə edilmir. Biz Ukrayna ilə həmsərhəd bölgələrə (Belqorod, Kursk, Bryansk, Voronej, Rostov, Krasnodar diyarı) səyahət etməmək barədə xəbərdarlıq edirik”.

Bundan əlavə, qeyd edilir ki, Rusiya Federasiyasında ikili vətəndaşlığı olan Almaniya-Rusiya vətəndaşları da daxil olmaqla, Almaniya vətəndaşları üçün “həbs riski” var: “Ölkə boyu icazəsiz mitinqlər və nümayişlərlə bağlı təhlükəsizlik qüvvələri tərəfindən kütləvi zorakılıq xarakterli hərəkətlər baş verə bilər”.

“Bild” nəşri xatırladır ki, Almaniya Xarici İşlər Nazirliyi əvvəllər də Rusiyaya səfər etməməyi məsləhət görüb. Lakin indi tövsiyəyə “qəti şəkildə” sözü əlavə edilib.

About Author