XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyalı tələbə “Ukraynaya eşq olsun!” şüarına görə SAXLANILDI

Rusiyanın paytaxtı Moskvada bir tələbə simsiz internet (wi-fi) adını Ukraynaya rəğbət şüarı ilə ifadə etdiyinə görə 10 sutka həbs cəzasına məhkum edilib.

Moskva Dövlət Universitetində təhsil alan tələbə wi-fi şəbəkəsinə “Ukraynaya eşq olsun!” adını verib. O, cümə axşamı etdiyi əmələ görə radikal təşkilatların simvollarını daşımaqda təqsirli bilinib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölkədə minlərlə insan bu müharibəni tənqid etdiyinə görə həbsə məhkum edilib.

Ölkədə bu münaqişəni müharibə adlandırmaq da qadağandır. Rusiya prezidenti Vladimir Putin bunu xüsusi hərbi əməliyyat adlandırır.

Məhkəmə sənədlərinə görə, polis tələbənin yaşadığı yataqxanaya basqın edərək modemi ələ keçirib.

Rəsmiyyə Şərifova

About Author