XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın üç regionu dron hücumuna uğrayıb – Neft anbarı yanır

Rusiyanın üç regionuna dron hücumu olub.

Bu barədə Oryol, Kursk və Belqorod regionlarının qubernatorları teleqramda bildiriblər.

Qeyd olunub ki, martın 12-də Rusiyanın Oryol şəhərində neft bazasında güclü yanğın olub. Sosial şəbəkədə olayla bağlı şəkillər və videolar paylaşılır.

Sözügedən regionun qubernatoru Andrey Klıçkova görə, şəhərə pilotsuz uçan aparat düşüb.

“Yanacaq-enerji kompleksi obyekti hücuma uğrayıb. Təcili xidmətlər alovlanmanın lokallaşdırılması üçün yerlərdə işləyirlər”, – o yazıb.

Qubernatorun sözlərinə görə, partlayış sonucunda heç kəs yaralanmayıb. Bununla belə, yerli teleqram kanallar bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyini, partlayış səslərinin eşidildiyini deyirlər.

Kursk vilayətinə də dron hücumu olsa da, fəsadlar barədə hələlik bilgi verilməyib. Regionun qubernatoru Roman Starovoyt ikisi təyyarə tipli olan üç dronun səmada vurulduğunu açıqlayıb.

Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regiona dörd partlayıcı maddənin atıldığını söyləyib. Onun sözlərinə görə, dronların atışları elektrik xətlərini zədələyib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.

About Author