XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinənlərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyatlar keçirilib.

Zengezur.tv xəbər  verir ki,  bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, son bir həftə ərzində ölkənin 20 vilayətində “KISKAÇ-11” kod adı altında keçirilən əməliyyat nəticəsində 70 şübhəli saxlanılıb. Onların təşkilatın qolları daxilində fəaliyyət göstərdiyi, FETÖ-nün xüsusi xəbərləşmə sistemindən istifadə etdiyi müəyyən olunub.

Nazir, eyni zamanda, İnterpol tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarışda olan iki cinayətkarın İstanbulda ələ keçirildiyini bildirib.

About Author