Tərəflər dəmiryol infrastrukturun modernləşdirilməsi prosesinin prioritetləri barədə fikir mübadiləsi keçiriblər.
Xeberlenti.com xəbər verir ki, Baş nazir müavinləri Azərbaycan və Rusiya arasında dəmir yolu ilə dayanıqlı daşımaların təmin olunması üzrə tədbirlərin reallaşdırılmasında ölkələrin maraqlı olduğunu bildiriblər.
Yekunda “Şimal-Cənub” dəhlizi üzrə dəmiryol daşımaların və infrastrukturun inkişafı üzrə hüquqi bazanın tərtib edilməsinə dair tədbirlər planı təsdiq olunub.