“Rəfah və Kerem-Şalom nəzarət-buraxılış məntəqələrinin bağlanması nəticəsində Qəzza sektorundakı 1 milyon insan humanitar yardımdan məhrum olub”.
Zengezur.tv Reuters -ə istinadən xəbər verir ki bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb.
Qurumun təmsilçisi Yens Laerke bildirib ki, əraziyə dərman preparatları belə buraxılmır. Onun sözlərinə görə, agentlik tərəfdaşlarla vəziyyətdən mümkün çıxış yollarını müzakirə edir