XƏBƏRLENTİ

xeberlenti.com

Ukrayna prezidenti Vladimir Zelenski Putinlə danışıqların mümkünlüyünü qeyd edib.

Xeberlenti.com xəbər verir ki, Zelenski əvvəllər belə danışıqların qeyri-mümkün olduğunu bəyan edirdi.
Onun sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilərdən istifadədir:
“Bu model ilk dəfə taxıl dəhlizi timsalında Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər”.
Zelenski bildirib ki, qarşıda duran əsas vəzifə Ukraynanın məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.
Ukrayna prezidenti əlavə edib ki, iqtisadi təhlükəsizlik ölkənin Avropa İttifaqına üzv olmasıdır. Zelenski əmindir ki, Ukrayna NATO-da olmalıdır, çünki bunsuz ölkəsi üçün böyük risklər mövcuddur.

About Author