XƏBƏRLENTİ

xeberlenti.com

Təl-Əvivə Qəzzanın cənubundan raket atılıb

Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılmasına cəhd edilib.

“The Jerusalem Post”-un  məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb.

HAMAS-ın mətbuat xidmətindən verilən açıqlamada bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı qeyd edilib.

About Author