XƏBƏRLENTİ

xeberlenti.com

Bayden Kursk barədə danışdı – “Bu, Putin üçün əsl dilemma yaradır”

ABŞ Prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatı ilk dəfə açıq şəkildə şərh edib. 

Jurnalistlərin suallarına cavab olaraq Bayden bildirib ki, Amerika rəsmiləri Kurskda baş verənlərlə bağlı ukraynalı həmkarları ilə daim əlaqə saxlayır. Baydenin dediyinə görə, son 8 gün ərzində Ukraynanın hərəkətləri barədə ona hər 4-5 saatdan bir məlumat verilib.

O, Ukraynanın Rusiya ərazisinə müdaxiləsini şərh edərkən isə deyib: “Bu, Putin üçün əsl dilemma yaradır”. Bununla da Bayden Kurskda baş verənlərə son qoymaq üçün Putinin müharibəni dayandırmaq və Ukraynadan çıxmaq seçiminin olduğuna işarə vurub.

Bundan əvvəl isə Ağ Ev qeyd edib ki, Ukrayna Kursk əməliyyatı barədə ABŞ-ni əvvəlcədən xəbərdar etməyib.

About Author