Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib.
Xeberlenti.com xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataulla Tarar bildirib.
Məlumata görə, 126 ölkədən, o cümlədən Azərbaycandan olan ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina edilib və müraciət prosesi xeyli sadələşdirilib.
Artıq bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də biznes məqsədləri üçün pulsuz verilir.