XƏBƏRLENTİ

xeberlenti.com

Kamala Harrisin seçki qərargahı 500 milyon dollar topladı

Xeberlenti.com  xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onun və yarışmadan kənarlaşan ABŞ Prezidenti Cozef Baydenin topladığı vəsaitin ümumi məbləği 1 milyard dolları ötüb, K.Harris təkcə iyul ayında 310 milyon dollar toplayıb.

Bildirilib ki, aktiv ianə yığımı avqust ayında da davam edib, bunların əhəmiyyətli bir hissəsi K.Harrisin seçkiqabağı təşviqat kampaniyası, o cümlədən bir sıra ştatlarda etdiyi çıxışlar fonunda kiçik sponsorlardan daxil olur.

Eyni zamanda, agentliyin məlumatına görə, K.Harrisin prezidentlik yarışındakı rəqibi – respublikaçı Donald Trampın seçki qərargahında ümumilikdə 327 milyon dollar vəsait var ki, bunun da 138,7 milyon dolları iyulda toplanıb.

“Reuters”, həmçinin xatırladıb ki, C.Bayden kampaniyası 2020-ci ildə 1,04 milyard dollar ianə toplayıb.

About Author