Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli məlumat verib.
O bildirib ki, qarşı tərəfin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı HAMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.