XƏBƏRLENTİ

xeberlenti.com

Çin ABŞ-nin nüvə strategiya hesabatından ciddi narahatdır

Çin ABŞ-nin nüvə strategiya hesabatından “ciddi narahat olduğunu” bildirib.

Xeberlenti.com Apa-ya  istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Çin ABŞ-nin ölkənin nüvə silah arsenalını sürətlə genişləndirməyə yönəlmiş nüvə strategiya planını təsdiqlədiyini bildirən hesabatdan ciddi narahatdır.

“ABŞ Çin nüvə təhdidi hekayəsini yayır, strateji üstünlük əldə etmək üçün bəhanələr axtarır”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

About Author