XƏBƏRLENTİ

xeberlenti.com

Zaporojye AES-in bütün blokları bağlandı

Zaporojye AES-də “Ferrosplavnaya-1” yüksək gərginlikli elektrik xətti kəsilib.

Xeberlenti.com  xəbər verir ki, bu barədə stansiyanın Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, AES-in bütün blokları hazırda bağlanıb və “soyuq dayanma” vəziyyətindədir.

“Təhlükəsizlik normalarının pozulması halları və radiasiya qeydə alınmayıb. Stansiyada və ətraf ərazilərdə radiasiya fonu təbii fon dəyərlərindən çox deyil”, – məlumatda bildirilib.

Bildirək ki, Zaporojye AES- Dnepr çayının sol sahilində, Ukraynanın Enerqodar şəhəri yaxınlığında yerləşir. Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada 1 giqavat gücündə altı enerji bloku var. 2022-ci ilin oktyabrında Rusiya AES –i nəzarətinə keçirib.

About Author