XƏBƏRLENTİ

xeberlenti.com

BMT Qəzzada razılıq əldə etdi

BMT Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə vermək üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəlib.

Xeberlenti.com xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Riçard Piperkorn brifinqdə deyib.

“Bizim peyvənd kampaniyası üçün seçilmiş ərazilərdə humanitar fasilələrlə bağlı ilkin razılaşmalarımız var və biz uşaqların və ailələrin sağlamlıq mərkəzlərinə təhlükəsiz şəkildə çatması üçün bütün tərəfləri bu fasilələrə hörmət etməyə çağırırıq”, – bildirib.

Piperkorn əlavə edib ki, ÜST sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsində peyvənd etməyə başlamağı planlaşdırır, üç gün sonra tibb işçiləri anklavın cənubuna, daha üç gündən sonra isə şimala köçəcək. Lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.

ÜST nümayəndəsi həmçinin bildirib ki, təşkilat fasilələr məsələsini bütün tərəflərlə, o cümlədən İsrail Hökumətinin Fələstin Ərazilərində Koordinasiya Ofisi (COGAT) ilə əlaqələndirir.

About Author