XƏBƏRLENTİ

xeberlenti.com

Ermənistan kütləvi məzarlıqların, o cümlədən Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir

Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır.

“Çoxsaylı şahid ifadələri və aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır. Lakin haqq, ədalət öz yerini tapdı!”, – vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir.

Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar, deyə – Prezidentin köməkçisi vurğulayıb.

About Author