XƏBƏRLENTİ

xeberlenti.com

BMT rəsmisi Qəzzaya səfər etdi, İsrailin hücumlarını kəskin qınadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq üzrə xüsusi koordinatoru Tor Vennesland 7 oktyabr 2023-cü ildən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 40 mindən çox fələstinlinin həlak olmasını pisləyib və atəşkəsə çağırış edib.
Xeberlenti.com xarici mətbuata istinadən xəbər verir ki, Vennesland bu barədə dünən Qəzzaya etdiyi səfər zamanı açıqlama verib.
“Dağıdıcılığın miqyası böyükdür, humanitar ehtiyaclar çox böyükdür və artmaqdadır, bu münaqişənin ağır yükünü mülki vətəndaşlar çəkməyə davam edir” – deyə Vennesland atəşkəs olmasının vacibliyini vurğulayıb.
Vennesland poliomielit peyvəndi kampaniyalarının keçirilməsini alqışlayıb.
İsrailin hücumlarının Qəzzanı dağıntıya sürüklədiyini vurğulayan Vennesland bunları deyib:
“Davam edən qarşıdurma saysız-hesabsız ailənin həyatını məhv etdi. Buna son qoyulmalıdır”.

About Author