İranın XİN rəhbərinin köməkçisi, Avrasiya məsələləri üzrə baş direktor Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşüb.
Xeberlenti.com “IRNA” agentliyinə istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bildirilib ki, Dəmirçilu Dedovla, həmçinin “3+3” konsultativ formatı çərçivəsində planlaşdırılan görüş ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini açıqlamışdı.
Onu da qeyd edək ki, “3+3” regional platformasına üç Cənubi Qafqaz ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan), eləcə də Türkiyə, Rusiya və İran daxildir.