Venesuela hökumətinin təyyarəsi Dominikan Respublikasında saxlanılıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə Dominikanın “Diario Libre” nəşri məlumat yayıb.
Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə hazırda beynəlxalq hava limanındadır və məhkəmə icazəsi olmadan hərəkət etmək qadağan edilib.
Qeyd edək ki, sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.