Türkiyə Ukraynadakı müharibənin tez bir zamanda bitməsi üçün çalışır. Bunun üçün Ankara Ukraynanın maraqlarını nəzərə almaq şərtilə danışıqların keçirilməsini təklif edir.
Bunu bunu Türkiyə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürk deyib.
Öztürk qeyd edib ki, Türkiyə heç bir tərəddüd etmədən Ukraynanı dəstəkləyir. O, eyni zamanda, bu dəstəyin təkcə Krım tatarları məsələsi ilə bağlı olmadığını vurğulayıb:“Biz bütün Ukrayna xalqını həm də öz bacı və qardaşlarımız hesab edirik. Ona görə də mən həqiqətən bütün qəlbimlə onları dəstəkləyirəm”.
Öztürk deyib ki, müharibənin sonunu sülh danışıqlarında axtarmaq lazımdır: “Heç bir müharibə əbədi deyil. Bu müharibədə sülhün bağlanması şəraitində, təbii ki, Ukrayna xalqının legitim və qanuni maraqlarına hörmət edilməlidir. Amma bunu da başa düşməliyik ki, sülh danışıqlarından balanslaşdırılmış nəticə əldə etməliyik”.