XƏBƏRLENTİ

xeberlenti.com

Paşinyan, Pezeşkian, Zelenski – Ərdoğan ABŞ-da kimlərlə görüşəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.

i“Sabah” nəşrinin yazdığına görə, Ərdoğan bütün ölkə başçılarını Nyu-Yorkdakı “Türk Evi”ndə qəbul edəcək: “Ərdoğan bir çox dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan “Türk Evi”ndə (Bu bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir-red.) qəbul edəcək. Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın Baş naziri Məhəmməd Şia Əl Sudani, Hollandiyanın Baş naziri Dik Şuf, BMT-nin Baş katibi Antonio Quterreş, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ukrayna Prezidenti Volodimir Zelenski, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd, İran Prezidenti Məsud Pezeşkian, Almaniya kansleri Olaf Şolts, Albaniyanın Baş naziri Edi Rama və Serbiya Prezidenti Aleksandr Vuçiç olacaq”.

About Author