XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb – YENİLƏNİB

Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “bildirilib.

Qeyd olunub ki, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.

Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Wizz Air, British Airways və Azərbaycan Hava Yolları Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.

Xeberlenti.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb

About Author