XƏBƏRLENTİ

xeberlenti.com

İnquşetiyada terror aktına cəhdlərin qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı bir neçə terror aktı cəhdinin qarşısını alıb.

Xeberlenti.com  xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Məlumata görə, hadisə ilə bağlı Rusiya vətəndaşı olan 8 nəfər saxlanılıb. Onlardan biri saxlanılarkən silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.

Saxlanılanların, həmçinin regionun energetika obyektlərinə qarşı diversiyaya da hazırlaşdığı qeyd olunub.

About Author